İranda qadınlar zülmə məruz qalır - Jalə Təbrizli

12:58 30.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Güneydə olan ayrı-seçkilik və digər ekoloji problemləri BMT-yə çatdırmışıq. Bu problemlər, həmçinin UNESCO-da qabardılıb. Bu təşkilatlar bizim səsimizi eşitdi. Beynəlxalq təşkilatlar Urmiya gölünün qurumaması üçün maddi yardım etdilər. Lakin ora ayrılan pullar mənimsənildi.

Hafta.az azərtac-a istinadən xəbər verir ki, bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada etnik məsələlər və qadın hüquqları üzrə fəal, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli söyləyib.

O qeyd edib ki, sədlərin qarşısının bağlanması, su kanallarının düzəldilməməsi texniki problemlərə gətirib çıxardı. Bu da Urmiya gölünün qurumasına səbəb oldu.

Jalə Təbrizli, eyni zamanda, deyib: “Urmiya gölünün quruması təkcə cənubda yox, şimalda bəzi problemlərə səbəb olacaq. Biz cənubda ana dilində təhsili ala bilmirik. Orada qanunda belə bir hissə var ki, etnik ayrı-seçkilik olmasın. Amma dövlət bu qanuna əməl etmədi. İranda qadınlar da zülmlərə məruz qalır. Onlar həm türk, həm də qadın olduqları üçün ikiqat təzyiqə məruz qalırlar".

Siyasət rubrikasından digər xəbərlər